Kağız dəvətnamənin edə bilmədikləri
Fərdi linkdən canlı statistikaya, premium dizayndan təbrik lövhəsinə qədər - tədbirinizi əvvəldən axıra rahat idarə edin.
Hər qonağa öz dəvətnaməsi
Hər qonaq yalnız ona aid linki açır - adı, ona uyğun müraciət və masa nömrəsi ilə. Kütləvi mesaj yox, şəxsi dəvət.
- Kişi, xanım, cüt və ailə üçün ayrı müraciət
- Masa nömrəsi və şəxsi mesaj
- Unikal link - WhatsApp, SMS və ya şəkil kimi göndərin
Kim gəlir - anında bilin
Qonaq "Gələcəyəm" və ya "Gəlməyəcəyəm" düyməsini basır, cavab həmin an kabinetinizə düşür. Zəng edib soruşmağa ehtiyac qalmır.
- Real vaxtda statistika
- Cavab gözləyənləri bir baxışda görün
- Restoran üçün dəqiq qonaq sayı
Hər tədbirə öz üslubu
Toy, nişan, xına, sünnət, ad günü və şənlik - hər birinin öz rəngi, naxışı və emblemi var. Hamısı eyni premium keyfiyyətdə.
- Gecə və gündüz rejimi
- Pərdə və zərf açılış animasiyası
- Fon musiqisi
Bütün təbriklər bir yerdə
Qonaqlar dəvətnamədə təbrik yazır, siz isə hamısını bir lövhədə oxuyursunuz - tədbirdən əvvəl də, sonra da.
- Təbrik lövhəsi
- Qonaqlar üçün onlayn söhbət paneli
- Hədiyyə saytında foto, səsli mesaj və video (VIP)
Hər qonaq öz dilində
Dəvətnamə Azərbaycan, türk, ingilis və rus dillərində hazırdır - qonaq bir toxunuşla dili dəyişir.
- Bütün mətnlər tərcümə olunub
- Xaricdən gələn qonaqlar üçün ideal
- Dil seçimi yadda qalır
Yolu tapmaq asan, unutmaq çətin
Canlı geri sayım, xəritə və naviqasiya, təqvimə əlavə - qonaq nə tarixi unudur, nə də yolu azır.
- Google Maps və Waze ilə naviqasiya
- Bir kliklə təqvimə əlavə
- Tədbirə qədər canlı geri sayım
Kiçik detallar, böyük fərq
Hər dəvətnamə ilə gələn digər imkanlar.
Şəxsi kabinet
Qonaq siyahısını, cavabları və dizaynı bir yerdən idarə edin.
Hədiyyə veb sayt
Hər dəvətnamə ilə tədbirinizin öz veb saytı.
WhatsApp ilə göndərmə
Hər qonağın linkini bir toxunuşla göndərin.
Şəkil kimi yüklə
Dəvətnaməni şəkil kimi yükləyib istənilən yerdə paylaşın.
Onlayn oyunlar
Qonaqlar üçün əyləncəli oyunlar - tədbirdən əvvəl ab-hava yaradır.
Mobil üçün hazırlanıb
Hər telefonda sürətli açılır, rahat oxunur.
3 addımda hazır
- 01
Dəvətnamə yaradın
Email-inizi yazın, gələn kodu təsdiqləyin - şəxsi kabinetiniz dərhal açılır.
- 02
Məlumatları doldurun
Kabinetdə şablonu seçib məlumatları yazın - dəvətnamə həmin an hazır olur.
- 03
Qonaqlara göndərin
Hər qonağa unikal link - WhatsApp, SMS və ya şəkil, video kimi göndərin.